Azərbaycan xizəkçisi Andorrada beynəlxalq turnirdə uğur qazanıb
Azərbaycan təmsilçisi Şanel Akselsson Andorrada təşkil olunan “Trofeu Borrufa” adlı beynəlxalq xizək turnirində uğurlu çıxış edərək aktivinə xallar əlavə edib.
"Stabil.az" Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, U-14 kateqoriyasında ilk dəfə mübarizə aparan idmançı dağ xizəyinin nəhəng slalom növü üzrə keçirilən yarışda 17 ölkəni təmsil edən 55 idmançı arasında 5-ci yeri tutub.
Qeyd edək ki, “Trofeu Borrufa” gənc və perspektivli xizəkçilərin iştirakı ilə keçirilən və dünya xizək təqvimində xüsusi yer tutan nüfuzlu yarışlardan biri hesab olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





