Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu qınayıb
Azərbaycan XİN etirazçıların Birləşmiş Ərəb Əmirliklərinin Dəməşqdəki diplomatik nümayəndəliyinə qarşı hücumunu qınayıb.
"Stabil.az" xəbər verir ki, XİN bu barədə "X" hesabında yazıb.
"Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır", - məlumatda bildirilir.
Azərbaycan XİN qeyd edib ki, Suriya hökuməti tərəfindən verilən bəyanatı və təqsirkarların qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı öhdəliyini alqışlayır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





