Azərbaycan Xarici İşlər Nazirliyi Efiopiyaya başsağlığı verib
14 Mart 2026 12:10   Paylaş

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib.

"Stabil.az" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınlar nəticəsində insanların həlak olması və çoxsaylı yaralanmalar bizi dərindən kədərləndirdi.

Həyatını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə və tam sağalma arzulayırıq", - paylaşımda qeyd olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol