Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə başlayır
5 İyun 2026 14:14   Paylaş

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında Bakıda keçirilən oyunla mübarizəyə start verəcək.

"Stabil.az" xəbər verir ki, milli komanda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində İsveç seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu Azərbaycan millisinin növbəti matçı iyunun 7-də Estoniyaya qarşı olacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol