Azərbaycan və Türkmənistan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
1 Aprel 2026 20:35   02 Apr 2026 00:22 Paylaş

Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.

"Stabil.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Müzakirələr nazirin Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.

R.Nəbiyev həmçinin cari məsələlər ətrafında da fikir mübadiləsi aparıldığını qeyd edib



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol