Azərbaycan və Türkiyə hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə edib
6 İyul 2026 16:52   Paylaş

Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini, general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri çərçivəsində hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Stabil.az" bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Nümayədə heyəti səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov nümayəndə heyətinin rəhbəri general-leytenant Burhan Aktaş ilə görüşüb, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Nümayəndə heyətinə ƏÜO-nun Döyüşü İdarəetmə Mərkəzinin fəaliyyəti bərədə məlumat verilib.

Təlim və Tədris Mərkəzində müxtəlif sinif otaqlarına, simulyasiya mərkəzinə və trenajorlar zalına baxış keçirilib.

Sonda tarixi-mədəniyyət abidələri ziyarət olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol