Azərbaycan və Slovakiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı müzakirə edib
19 May 2026 14:10   Paylaş

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Slovakiyanın investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüşdə rəqəmsallaşma, innovasiya və şəhərsalma sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

"Stabil.az" nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə rəqəmsallaşma, innovasiyalar və şəhərsalma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Slovakiya tərəfi ölkəmizlə elektron hökumət, “SİMA imza” və elektron imza sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bununla bağlı ekspertlər səviyyəsində danışıqlara başlanılması qərara alınıb.

Həmçinin kosmik sənaye və texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol