Azərbaycan və Səudiyyə Ərəbistanı arasında təhsil sahəsində yeni təşəbbüslər müzakirə olunub
3 Fevral 2026 11:23   03 Feb 2026 11:28 Paylaş

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyanın dəvəti ilə ölkəyə səfər edib.

"Stabil.az" nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində Emin Əmrullayev Yusif bin Abdullah əl-Binyan ilə görüşərək iki ölkə arasında ali təhsil və peşə təhsili sahələrində cari əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüsləri müzakirə edib.

Nümayəndə heyəti Kral Səud Universitetini ziyarət edərək universitetin rektoru Ali Masmali ilə görüşüb və Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

Səfər zamanı Kral Əbdüləziz Elm və Texnologiya Şəhəri də ziyarət olunub, burada yaradılmış müasir laboratoriyalar, inkubasiya mərkəzi və innovasiya ekosistemi nümayəndə heyətinə təqdim edilib. Emin Əmrullayev və Kral Əbdüləziz Elm və Texnologiya Şəhərinin prezidenti Munir Eldesouki əməkdaşlıq imkanlarını ətraflı müzakirə ediblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol