Azərbaycan və Qətər hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər
21 Yanvar 2026 11:30   Paylaş

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qətərə səfəri zamanı bu ölkənin baş naziri müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Tani, həmçinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Casim bin Məhəmməd Al Mannai ilə görüşüb.

"Stabil.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edib. Tərəflər “DIMDEX 2026” sərgisinin ölkələrin dənizdən müdafiə qabiliyyətinin inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Görüş zamanı hər iki tərəf Azərbaycan-Qətər hərbi əlaqələrinin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edib. Həmçinin hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb və digər maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol