Azərbaycan və Pakistan XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə ediblər
Martın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini və XİN rəhbəri Məhəmməd İshaq Darla telefon danışığı aparıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





