Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan Pakistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
"Stabil.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir müavini Səməd Bəşirlinin Pakistanın İqtisadi İşlər Nazirliyinin katibi Muhammad Humair Karim ilə görüşündə aparılıb.
Tərəflər dost və qardaş ölkələr arasında mövcud tərəfdaşlığın iqtisadi sahədə daha da genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin dəstəklənməsinin və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





