Azərbaycan və Monteneqro bu il birbaşa çarter reyslərinin işə salınmasını müzakirə ediblər
Azərbaycan və Monteneqro bu il birbaşa çarter reyslərinin işə salınmasını müzakirə ediblər.
"Stabil.az" xəbər verir ki, bunu Monteneqronun Azərbaycandakı konsulu Vüqar Əliyev Podqoritsada turizm naziri Simonida Kordiçlə görüşün yekunlarına dair "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Biz Azərbaycan və Monteneqro arasında turizm əlaqələrinin möhkəmləndirilməsini və 2026-cı il üçün birbaşa çarter reyslərinin planlaşdırılmasını müzakirə etdik. Əminik ki, əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və yaxşı nəticələr verəcək", - konsul qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





