Azərbaycan və Moldova arasında iqtisadi tərəfdaşlığın yeni mərhələsi müzakirə edilib
Azərbaycan və Moldova nümayəndə heyətlərinin görüşündə iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələrinin cari vəziyyəti dəyərləndirilib və əməkdaşlığın gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.
"Stabil.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Moldovanın Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin baş katibi Serciu Qerçü ilə keçirilən görüşdə aparılıb.
Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının emalı və məhsul ixracının genişləndirilməsi mühüm istiqamətlərindəndir. Ölkəmizdə aqrar sektora müxtəlif mexanizmlərlə dövlət dəstəyi göstərilir, həmçinin yerli məhsulların "Made in Azerbaijan" brendi ilə xarici bazarlarda təşviqi təmin edilir.
Görüşdə xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı, həmçinin, qida və kimya sənayesi sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





