Azərbaycan və Misir iqtisadi əlaqələri genişləndirir
23 Aprel 2026 16:07   Paylaş

Azərbaycan və Misir nümayəndələri qarşılıqlı biznes missiyaları və investisiya təşviqi üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

"Stabil.az" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Bildirilib ki, bununla bağlı müzakirələr Agentliyin icraçı direktoru Yusif Abdullayev ilə Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda arasında görüşdə aparəlıb.

Y.Abdullayev AZPROMO-nun fəaliyyət istiqamətləri, Misirlə iqtisadi və ticarət əlaqələri barədə məlumat verib.

Houssam-Eldine Reda isə iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşməsi, yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə Misir arasında potensial əməkdaşlıq istiqamətləri, həmçinin qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, əczaçılıq, turizm, nəqliyyat, rabitə, tikinti və infrastruktur sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi, biznes missiyalarının təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol