Azərbaycan və Misir biznes sahəsində yeni platformalar üzərində işləyir
Azərbaycan və Misir arasında iqtisadi əməkdaşlığı gücləndirəcək biznes platformalarının yaradılması müzakirə olunub.
"Stabil.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bununla bağlı müzakirələr İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom ilə görüşdə aparılıb.
Nazir bildirib ki, ölkələrin iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması imkanlarını, ticarət, investisiya, sənaye, enerji, turizm və digər sahələrdə işbirliyinin təşviqi qeyd edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





