Azərbaycan və “Karadeniz Holding” enerji əməkdaşlığını müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Karadeniz Holding”inin İdarə Heyəti sədrinin müavini Orhan Remzi Karadeniz ilə görüşüb.
"Stabil.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, enerji sektorunda əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran potensial layihələr barədə fikir mübadiləsi aparılıb.
Tərəflər enerji sahəsində yeni əməkdaşlıq istiqamətlərini, investisiya imkanlarını və birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





