Azərbaycan və İran arasında ticarət dövriyyəsi 8%-ə yaxın artıb
22 Aprel 2026 18:47   Paylaş

Bu ilin yanvar-mart aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 169 milyon 532 min ABŞ dolları təşkil edib.

"Stabil.az"ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.

Son 1 ildə Azərbaycanın İrana ixracının dəyəri 42,3 % azalaraq 2 milyon 848 min dollar, bu ölkədən idxalının dəyəri isə 9,4 % artaraq 166 milyon 684 min dollar təşkil edib.

Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1,8 %-i qədər olub. O cümlədən, İrana ixrac ümumi ixracın 0,05 %-ni, İrandan idxal isə ümumi idxalın 4,1 %-ni təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol