Azərbaycan və İran arasında enerji əməkdaşlığı müzakirə olunub
Energetika naziri Pərviz Şahbazov və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin rəhbərlik etdiyi nümayəndə heyəti arasında elektrik enerjisinin ixracına dair görüş keçirilib.
"Stabil.az" nazirliyə istinadən xəbər verir ki, dövlət başçılarının dostluq və tərəfdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə yeni mərhələdə inkişafına təkan verdiyi məmnunluqla qeyd olunub. İkitərəfli münasibətlərdə enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının Protokolunda enerji məsələlərinin də əks olunması bu istiqamətdə tərəfdaşlığa verilən önəmin göstəricisi kimi qiymətləndirilib.
Görüşdə birgə layihələrin, o cümlədən “Xudafərin”, “Qız Qalası” və “Ordubad” su elektrik stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb. Gündəlikdə olan layihələrin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə birgə fəaliyyətin gücləndirilməsi razılaşdırılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





