Azərbaycan və Gürcüstanın hərbi qurumları arasında kibertəhlükəsizlik əməkdaşlığı genişləndirilir
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakı şəhərində hər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.
"Stabil.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə hər iki ölkənin hərbi qurumları arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür səfərlərin vacibliyi xüsusi vurğulanıb, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





