Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri müsbət dəyərləndirilib
Aprelin 24-də Baş nazir Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətini başa vuran Gürcüstanın səfiri Zurab Pataradzeylə görüşüb.
"Stabil.az" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Baş nazir iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





