Azərbaycan və Ekvador arasında viza tələbi ləğv olunub
Azərbaycanla Ekvador arasında viza tələbi ləğv olunub.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qeyd edək ki, saziş bu il mayın 4-də Kito şəhərində imzalanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




