Azərbaycan və Dünya Bankı Orta Dəhlizin inkişafını müzakirə edib
Azərbaycan və Dünya Bankı arasında Orta Dəhlizin potensialının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
"Stabil.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Nazir bildirib ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı yüngül relsli nəqliyyat (LRT) layihəsi, Orta Dəhlizin potensialının artırılması, eləcə də gəmiçilik sahəsində əməkdaşlıq imkanlarını müzakirə edilib.
Eyni zamanda telekommunikasiya, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən yol xəritəsinin hazırlanması üzrə razılıq əldə etdik.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





