Azərbaycan və Dünya Bankı əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Dünya Bankı arasında mövcud əməkdaşlığın vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
"Stabil.Az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüş iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilib.
Məlumata görə, görüş zamanı Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Dünya Bankının institusional və texniki dəstək tədbirlərinin əməkdaşlıq baxımından əhəmiyyəti də vurğulanıb.
Bundan əlavə, Azərbaycan ilə Dünya Bankı arasında həyata keçirilən layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





