Azərbaycan və Çin enerji sahəsində investisiya imkanlarını müzakirə ediblər
İki ölkə arasında enerji sektorunda mümkün investisiya layihələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
"Stabil.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Çinin "PowerChina Resources Ltd." şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşümüzdə "SOCAR Green" MMC ilə birgə fəaliyyət çərçivəsində Hacıqabul rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti və növbəti addımlarla bağlı müzakirələr apardıq. Enerji sahəsində potensial investisiya layihələrində iştirak imkanlarına toxunduq", - nazir qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





