Azərbaycan və Çad iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
17 İyun 2026 12:20   Paylaş

İki ölkə arasında mövcud iqtisadi əməkdaşlıq vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

"Stabil.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Tahir Hamid Nguilin ilə görüşündə aparılıb.

Görüş zamanı Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün mövcud potensialı yüksək qiymətləndiriblər.

Müzakirələr zamanı ticarət, investisiya, enerji, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub. Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə mübadiləsinin və işgüzar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol