Azərbaycan və BP şirkəti neft-qaz hasilat potensialının inkişafına dair müzakirələr aparıb
Azərbaycan və BP şirkəti neft-qaz hasilat potensialının inkişafına dair müzakirələr aparıb.
"Stabil.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə görüşündə baş tutub.
P. Şahbazov görüşdə həmçinin elektrikləşmə və 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan günəş elektrik stansiyası da daxil olmaqla əməkdaşlığın prioritetləri ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.
#bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə görüşdə #neftqaz hasilatı potensialının inkişafı, #elektrikləşmə və 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan #günəşelektrikstansiyası da daxil olmaqla əməkdaşlığımızın… pic.twitter.com/WFnyzk7JZi
— Parviz Shahbazov (@ParvizShahbazov) April 15, 2026
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





