Azərbaycan və bp arasında yeni işbirliyi imkanları nəzərdən keçirilib
Azərbaycanla bp şirkəti arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.
"Stabil.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin yeni baş icraçı direktoru Meq O`Nillə görüşdük. Şirkətin qlobal biznes əməliyyatları, Azərbaycanla uzunmüddətli səmərəli əməkdaşlığı və regionda həyata keçirilən enerji layihələri barədə fikirlərimizi bölüşdük. Ölkəmizlə bp şirkəti arasında yeni işbirliyi istiqamətlərini müzakirə etdik. Meq O`Nilə yeni vəzifəsində uğurlar arzulayırıq", - deyə nazir qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




