Azərbaycan və Böyük Britaniya minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirinin müavini Edvard Avansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
"Stabil.az" bu barədə ANAMA-nın mətbuat xidmətinə istinadən məlumat verib.
Bildirilib ki, görüşdə humanitar minatəmizləmə sahəsində qarşılıqlı əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, eləcə də minatəmizləmə sahəsində mövcud prioritetlər və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





