Azərbaycan və BMT arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub
21 May 2026 17:48   Paylaş

Azərbaycan BMT ilə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, müzakirələr Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin BMT-nin Baş katibinin müavini Amina Mohammed ilə keçirilən görüşdə baş tutub.

Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri və bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıblar.

Müzakirələr çərçivəsində iqtisadi inkişaf, "yaşıl enerji", dayanıqlı şəhərsalma və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf gündəliyinə töhfə verən layihələri diqqətə çatdırılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol