Azərbaycan və Belarus rəsmiləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
7 Mart 2026 11:28   Paylaş

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyasının Respublika Şurasının sədri Natalya Koçanova ilə telefonla danışıb.

"Stabil.az" Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Natalya Koçanova Naxçıvan Muxtar Respublikasına qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumlarından narahatlığını ifadə edib, bu hücum zamanı mülki şəxslərin ziyan görməsindən təəssüfləndiyini bildirib və yaralıların tezliklə sağalmasını diləyib.

Telefon danışığı zamanı iki ölkənin parlamentləri arasında dialoq və qarşılıqlı fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol