Azərbaycan və BƏƏ hərbçiləri “Sülh Qalxanı – 2026” təliminə hazırlaşır
Əbu-Dabidə Azərbaycan Ordusu və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminə hazırlıq məşqləri davam edir.
"Stabil.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq mərhələsi çərçivəsində əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları izah olunub, daha sonra isə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, mərhələlər üzrə fəaliyyət planı və icra ediləcək tapşırıqlar barədə geniş brifinq verilib.
Məlumata görə, təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçiriləcək. Təlim planına əsasən, dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu qruplaşmaların zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyyəsi, yaşayış məntəqələrində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, həmçinin yanğınsöndürmə tədbirlərinin icrası nəzərdə tutulur.
Qeyd edək ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi 2–3 fevral tarixlərində keçiriləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





