Azərbaycan və AQEM arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib
AQEM Gənclər Şurasının 9-cu iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
"Stabil.az" bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Bildirilib ki, görüş zamanı Azərbaycanın AQEM-in Gənclər Şurasına sədrliyi çərçivəsində ötən dövr ərzində həyata keçirilən fəaliyyətlər, Azərbaycan ilə AQEM arasında gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
AQEM-in yaradılmasının 20 illiyinə həsr olunmuş xüsusi nəşr gənclər və idman naziri Fərid Qayıbova təqdim edilib. Qeyd olunub ki, nəşrdə nazirin AQEM çərçivəsində gənclər əməkdaşlığının inkişafına dair baxışlarını əks etdirən məqaləsi də yer alıb.
Görüşdə, həmçinin AQEM çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri, birgə təşəbbüslərin həyata keçirilməsi və Gənclər Şurası platforması çərçivəsində fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





