Azərbaycan və Aİ əməkdaşlıq müzakirələrini yayda davam etdirəcək
17 Aprel 2026 17:29   Paylaş

Brüsseldə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Avropa Xarici Əlaqələr Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş direktorunun müavini Audrone Perkauskiene arasında keçirilən görüşdə tərəflər əməkdaşlığın inkişafına dair müzakirələri cari ilin yayında davam etdirmək barədə razılığa gəliblər.

"Stabil.az" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, danışıqlarda ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub. O həmçinin qeyd edib ki, növbəti görüş iyunda Bakıda keçiriləcək.

"Danışıqlar məhsuldar, gələcəyə yönəlmiş müzakirələrə gətirib çıxarıb. İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə irəliləyiş müşahidə olunur. Tərəflər (danışıqların - red.) tempini qorumaq üçün iyunda Bakıda görüşü bərpa edəcəklər", - Kuyundziç bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol