Azərbaycan vasitəsilə İrandan 66 ölkənin 1761 vətəndaşı təxliyə edilib
7 Mart 2026 11:17   07 Mar 2026 14:51 Paylaş

Fevralın 28-də ABŞ və İsrailin başlatdığı hərbi əməliyyatlar nəticəsində İrandan 1761 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

"Stabil.az" "Report"a istinadən xəbər verir ki, onlar 66 ölkənin vətəndaşlarıdır.

Belə ki, fevralın 28-i saat 08:00-dən martın 7-si saat 10:00-a qədər sərhədi 297 Azərbaycan vətəndaşı keçib.

Bundan əlavə, Çinin 487, Rusiyanın 282, Tacikistanın 173, Pakistanın 118, Omanın 57, İtaliyanın 44, İndoneziya 32, İspaniyanın 20, Səudiyyə Ərəbistanının 18, İranın 21, Fransanın 16, Gürcüstanın 13, Bolqarıstan və Konqonun 10, Braziliya və Britaniyanın 8, Belarus və Özbəkistanın 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, Kanadanın 6, Serbiya, Nigeriya, Qazaxıstanın, Əfqanıstan, Çexiya - hərəsinin 5, Bəhreyn, İordaniya, İsveçrə, Şri-Lanka, Yaponiya, Ukrayna, Türkiyə, Macarıstan, Belçikan, Küveyt - hərəsinin 4, Qətər, Banqladeş, Meksika, Filippin, Finlandiya, Rumıniya, Xorvatiya - hərəsinin 3, Nepal, Livan, Qırğızıstan, Yəmən, Sudan, Hindistan, Kiprın - hər birinin 2, Polşa, Avstraliya, Tunis, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Myanma, Maldiv adaları, Kuba, Cənubi Afrika Respublikası, İsveç, Almaniya, Vatikanın hərəsinin 1 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol