Azərbaycan üzərindən Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb
24 Aprel 2026 12:51   Paylaş

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, 5 vaqondan ibarət, ümumi çəkisi 350 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar çərçivəsində 24 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol