Azərbaycan U-17 millisi UEFA İnkişaf Turnirində Pakistan üzərində qələbə əldə edib
30 Aprel 2026 14:37   Paylaş

UEFA İnkişaf Turnirində çıxış edən 17 yaşadək futbolçulardan ibarət millimiz son oyunda Pakistanı məğlub edib.

"Stabil.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda üçüncü matçında Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qazaxıstanın Çimkənd şəhərində yerləşən "Namys" stadionunda keçirilən görüş Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qalibiyyət qolunu 77-ci dəqiqədə Nazim Əliyev vurub.

Bununla da Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 4 komandanın iştirakı ilə baş tutan turniri 5 xalla tamamlayıb. U-17 daha əvvəl Rusiya (0:5) və Qazaxıstan (1:1, p. - 4:2) seçmələri ilə qarşılaşıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol