Azərbaycan-Türkmənistan əməkdaşlığında yeni istiqamətlər müzakirə olunub
Azərbaycan və Türkmənistan iqtisadi əməkdaşlığın genişləndirilməsi və prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
"Stabil.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Nökərqulı Ataqulıyevlə görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın davamlı inkişafının önəmini vurğuladıq. İkitərəfli əməkdaşlığın strateji prioritetlərini, enerji, nəqliyyat, logistika, tranzit və digər sahələrdə işbirliyinin genişləndirilməsini müzakirə etdik", - nazir qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





