Azərbaycan-Türkiyə müdafiə sənayesi əməkdaşlığı genişləndiriləcək
Azərbaycan nümayəndə heyəti, müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərliyi ilə, Türkiyədə səfərdədir.
"Stabil.az" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində V.Mustafayev Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, həmçinin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da inkişaf etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin artırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr edilib.
Əməkdaşlığın gücləndirilməsinin iki qardaş ölkənin təhlükəsizlik və müdafiə sahələrində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanaraq, müasir texnologiyaların və müdafiə sistemlərinin tətbiqi və inkişaf etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı tərəflər müdafiə sənayesi sahəsində elmi mübadilə, birgə təlimlər və strateji layihələr üzrə işbirliyinin dərinləşdirilməsi haqda danışıblar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





