Azərbaycan tərəfindən göndərilən növbəti humanitar yardım İran sərhədinə çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, on avtomobildən ibarət yük karvanı gömrük yoxlanışından keçdikdən sonra İran istiqamətinə yola salınacaq.
Qeyd edək ki, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir.
<img src='https://stabil.az/photos/2026/04/11-1775298429.jpg' class='responsive-img img-responsive'/>
<img src='https://stabil.az/photos/2026/04/22-1775298447.jpg' class='responsive-img img-responsive'/>
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





