Azərbaycan Tayvanın müstəqilliyini tanımır – XİN rəhbəri
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır və birmənalı şəkildə “Vahid Çin” prinsipini dəstəkləyir.
"Stabil.az" xəbər verir ki, Bayramov bu barədə “Global Times”a müsahibəsində danışıb. O qeyd edib ki, Azərbaycanın Tayvan məsələsi ilə bağlı mövqeyi aydın və davamlıdır və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. “Biz 2024-cü ilin yanvarında Tayvanda keçirilmiş ‘seçkiləri’ pisləyən ilk ölkələrdən biri olmuşuq”, – Bayramov əlavə edib.
XİN rəhbəri vurğulayıb ki, regional vəziyyəti sabitlikdən çıxaran hər hansı hərəkət qeyri-məhsuldur və sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhlükə yaradır. O, həmçinin təxribatlar, birtərəfli addımlar və xarici müdaxilələrin status-kvonu dəyişdirməyə cəhd etməsinin beynəlxalq etimadı zəiflədə biləcəyini bildirib.
Bayramov qeyd edib ki, Azərbaycanın Tayvan məsələsində Çini dəstəkləməsi həm beynəlxalq hüquqa, həm də Azərbaycan-Çin strateji tərəfdaşlığına əsaslanan qarşılıqlı etimada sadiqliyin təzahürüdür.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




