Azərbaycan süni intellekt sahəsində ABŞ-nin “Haimaker” şirkəti ilə əməkdaşlığı müzakirə edib
Azərbaycan ABŞ-nin süni intellekt üzrə “Haimaker” şirkəti ilə müvafiq infrastrukturun yaradılması barədə danışıqlar aparıb.
"Stabil.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Haimaker" şirkətinin baş icraçı direktoru cənab Su Le ilə görüşdə Azərbaycanda Sİ infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik. Bu istiqamətdə strateji təklifləri, Ələt Azad İqtisadi Zonasında data mərkəz və bulud platformasının qurulması, əməkdaşlığın hüquqi əsaslarının təşkili və texnologiyaların transferi istiqamətində işbirliyi perspektivlərini nəzərdən keçirdik",- deyə nazir qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




