Azərbaycan stolüstü tennisçiləri Çində təlim-məşq toplanışına qatılacaq
14 Aprel 2026 15:25   Paylaş

Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq təlim-məşq toplanışı çərçivəsində Çində məşqlərini davam etdirəcəklər.

"Stabil.az" Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, milli komandanın üzvləri Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çinə yola düşüblər. Onlar baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə aprelin 14-dən 27-dək Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcəklər.

Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol