Azərbaycan şahmatçıları Dünya Kubokunda iştirak edəcək
Azərbaycanın 8 şahmatçısı Gürcüstanın Batumi şəhərində keçiriləcək şahmat üzrə Dünya Kubokunda mübarizə aparacaq.
"Stabil.az" bu barədə Azərbaycan Şahmat Federasiyasına istinadən bildirib.
8, 10 və 12 yaşlı şahmatçılar arasında keçiriləcək yarışda Azərbaycanı Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcək.
Yeniyetmələr səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaqlar.
Qeyd edək ki, turnir iyunun 15-28-də keçiriləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





