Azərbaycan rəsmiləri Qahirədə beynəlxalq konfransa qatılıb
Bu gün Qahirədə İslami İşlər üzrə Ali Şuranın 36-cı beynəlxalq konfransı fəaliyyətə başlayıb. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında təşkil olunan tədbirin mövzusu “İslamda peşələr: süni intellekt dövründə onların etik prinsipləri, təsirləri və gələcəyi”dir.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, 60-dan çox ölkəni təmsil edən nümayəndə heyətləri, beynəlxalq İslam təşkilatları və dini qurumların rəsmi nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev təmsil edir.
Tədbir çərçivəsində radikal ideologiyalara qarşı ümumi strategiyaların hazırlanması, dini qurumların ictimai sabitliyin təminində rolu, həmçinin müasir dövrdə təbliğat fəaliyyətində rəqəmsal vasitələrdən istifadə imkanları müzakirə olunacaq.
Konfransın əsas məqsədi İslam dəyərləri ilə rəqəmsal gələcəyin perspektivləri arasında əlaqə yaratmaq, İslamın real həyatın və müasir dövrün tələblərinə cavab verən, onlara uyğunlaşa bilən bir din olduğunu nümayiş etdirməkdir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





