Azərbaycan–Qazaxıstan sosial sığorta əməkdaşlığı rəsmiləşdirilib
28 Aprel 2026 16:51   Paylaş

Azərbaycan və Qazaxıstan dövlət sosial sığorta sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum imzalayıb.

"Stabil.az" “Kazinform” agentliyinə istinadla xəbər verir ki, sənədin imzalanması 14-cü Qazaxıstan Beynəlxalq Əməyin Mühafizəsi və Təhlükəsizliyi Konfransı çərçivəsində baş tutub.

Memorandum Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə Qazaxıstan Dövlət Sosial Sığorta Fondu arasında imzalanıb.

Sənəd iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı inkişaf etdirməyi və sosial təminat sahəsində praktik təcrübə mübadiləsini nəzərdə tutur.

Qazaxıstan Dövlət Sosial Sığorta Fondu İdarə Heyətinin sədr müavini Marat Janibekovun sözlərinə görə, imzalanan sənəd sistemli ikitərəfli əlaqələri, müntəzəm təcrübə mübadiləsini və beynəlxalq platformalarda əməkdaşlığı nəzərdə tutur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol