Azərbaycan-Qazaxıstan arasında strateji müttəfiqlik və regional əməkdaşlıq məsələlərini müzakirə olunub
Xarici işlər nazirlərinin müavinləri Samir Şərifov və Alibek Bakayev 3 aprel tarixində görüşərək strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər.
"Stabil.az" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





