Azərbaycan Prezidenti: Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir
14 İyul 2026 11:11   14 Jul 2026 14:27 Paylaş

Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib.

“Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, - deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol