Azərbaycan Premyer Liqasında XXIX tura bu gün start verilir
Misli Azərbaycan Premyer Liqasında XXIX turun ilk iki matçı bu gün keçiriləcək.
"Stabil.az"ın məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "İmişli" "Sumqayıt"la üz-üzə gələcək. Elçin Məsiyevin idarə edəcəyi görüş, Quba Olimpiya İdman Kompleksində, saat 16:00-da start götürəcək. "Sumqayıt" hazırda 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 9-cu yerdə olan "İmişli"nin isə 29 xalı var.
Günün son matçı Qəbələdə keçiriləcək. "Qəbələ" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 18:30-da start götürəcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq. 39 xala malik "Araz-Naxçıvan" 6-cı yerdə qərarlaşıb. "Qəbələ" 19 xalla 11-cidir.
Qeyd edək ki, XXIX tura aprelin 27-də yekun vurulacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





