Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli açıqlanıb
10 Avqust 2026 17:42   Paylaş

Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə I turun oyunlarının vaxtı açıqlanıb.

"Stabil.az" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, turun matçları 4 günü əhatə edəcək.

Çempionlar Liqasında çıxış edən “Sabah” klubunun müraciətini, “Kəpəz”in razılıq məktubunu nəzərə alan PFL Azərbaycanın beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq, həmin komandalar arasında baş tutacaq 1-ci və 2-ci dövrə oyunlarının yerini dəyişib.

 

14 avqust (cümə)

19:30. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu.

15 avqust (şənbə)

18:30. “Araz-Naxçıvan” – “İmişli”

Qəbələ şəhər stadionu.

20:45. “Sabah” – “Kəpəz”

“Bank Respublika Arena”.

16 avqust (bazar)

19:00. “Sumqayıt” – “Neftçi”

“SOCAR Polymer Arena”.

21:00. “Zirə” – “Şəfa”

Zirə İdman Kompleksinin stadionu.

17 avqust (bazar ertəsi)

19:30. “Qarabağ” – “Şamaxı”

Tofiq Bəhramov adına Respublika Stadionu.

Qeyd edək ki, ilk turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol