Azərbaycan Portuqaliyaya 223 min tondan çox neft ixrac edib
25 Mart 2026 13:57   25 Mar 2026 14:44 Paylaş

Portuqaliya bu ilin yanvar-fevral aylarında Azərbaycandan 223 min 549,41 ton xam neft alaraq alışını 3 %-dən çox artırıb.

"Stabil.az"  Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 112 milyon 357,89 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin iki ayı ilə müqayisədə 3,5 %, dəyəri isə 3 % çoxdur.

Portuqaliyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 6,2 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları olan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol